Vyetnamda koronavirusdan ilk ölüm qeydə alındı

Vyetnamda yeni növ koronavirusdan ilk ölüm faktı qeydə alınıb. Bu barədə yerli "Vietnam News" nəşri hökumətə istinadən məlumat yayıb.

Bildirilib ki, bu, pandemiya dövründə qeydə alınmış ilk ölüm hadisəsidir. Vəfat edən şəxs barədə ətraflı məlumat verilməyib.

Xatırladaq ki, Vyetnam koronavirusla mübarizədə uğur qazanan ölkələrdən biridir. Son günlər xüsusilə Dananq şəhərində infeksiya yayılmağa başlayıb. Vyetnamın müvafiq qurumları virusun daha aqressiv olduğunu bəyan edib. ÜST nümayəndəliyi isə virusun fərqli olmadığını bildirib.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31