Tehran vurulan Ukrayna təyyarəsinə görə təzminat ödəməyə razılaşdı
Tehran vurulan Ukrayna təyyarəsinə görə təzminat ödəməyə razılaşdı
31 İyul 2020 11:12 DünyaRəsmi Tehran 2020-ci ilin əvvəlində vurulan Ukraynaya məxsus sərnişin təyyarəsinə görə təzminat ödəməyə razılaşıb.
Bu barədə İran XİN rəsmi nümayəndəsi Abbas Musəvi danışıb.
"İran təyyarəyə görə təzminat ödəməyə razılaşıb, ancaq bunun reallaşması vaxt alacaq", - deyə A.Musəvi bildirib.
Xatırladaq ki, yanvarın 8-də vurulan "Ukrayna Beynəlxalq Hava Yolları"na məxsus "Boeing 737" təyyarəsində 176 nəfər həlak olmuşdu.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31