Monqol qızı Avropadan təkbaşına 7800 km məsafəni qət etdi
Monqol qızı Avropadan təkbaşına 7800 km məsafəni qət etdi
31 İyul 2020 11:12 DünyaÇex Respublikasında təhsil alan monqolustanlı tələbə qız 25 gün ərzində 7.800 km-dən çox yol qət edərək Altanbulaq sərhəd keçidinə çatıb.
Səyahət müddətində o, beynəlxalq tranzitə daxil olub, Rusiya sərhədini uğurla tərk edib, lakin monqol sərhədini keçmək üçün icazə almalı olub.
Monqolustan koronavirusun yayılmasının qarşısını almaq üçün sərhədlərini bağladığı üçün gənc qız gününü Altanbulaq sərhəd məntəqəsində keçirib.
24 saat bürokratik prosedurlardan sonra vətəninə çata bilib.
KONKRET.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31