Həbsxanada olan məhbuslar hansı kitabları oxuyur?
30 İyul 2020 17:59 DünyaRusiya Federal Cəzaçəkmə Xidməti həbsxanada cəza çəkən məhbuslar arasında sorğu keçirib.
Sorğuda cəzaçəkənlər arasında ən populyar kitabların top-siyahısı tərtib edilib.
Sorğunun nəticələrindən məlum olub ki, həbsxanalarda əsasən uzun romanlar mütaliə edilir. Dustaqların ən sevimli kitabı isə Mixail Bulqakovun "Usta və Marqarita" romanı olub.
İkinci sırada "Cinayət və cəza", üçüncü sırada isə "Qraf Monte-Kristo" əsərləri qərarlaşıb.
Həmçinin top onluğa "Hərb və Sülh", "Üç müşketor", "Karamazov qardaşları", "Sakit Don", Anna Karenina" və.s. əsərlər daxil olub.


open.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31