Suriyada Aya Sofiyanın eynisi inşa ediləcək
30 İyul 2020 14:35 DünyaSuriyada Aya Sofiyanın eynisi tikilərək kilsə kimi istifadə olunacaq. Kilsənin Hama şəhərində pravoslav icmasının sıx yaşadığı Sukaylebiye rayonunda tikilməsi planlaşdırılır.
Yeni Aya Sofiyanın tikilməsi üçün əvvəlcə Hama Yunan Pravoslav Yepiskopu Nikolos Baalbakidən izin alınıb. Bundan sonra ideya Suriyada yerləşən Rusiya ordusu səlahiyyətlilərinə təqdim olunub. Digər tərəfdən, kilsənin inşa ediləcəyi yerdə işlərin başladığı bildirilib.
yeniavaz.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31