“Təkrar məhdudiyyətlər tətbiq edilməsin” - Putin
29 İyul 2020 18:34 DünyaRusiya Prezidenti Vladimir Putin koronavirus infeksiyasına görə məhdudiyyətlərin yenidən tətbiqindən çəkinməyə çağırıb.
Putin profilaktik tədbirlər hesabına məhdudlaşdırma rejiminin yenidən tətbiqindən çəkinməyin zəruriliyini vurğulayıb.
"Əlbəttə ki, hər şeyi etmək lazımdır ki, önləyici, profilaktik tədbirlər sayəsində təkrar məhdudiyyətlər tətbiq edilməsin. Məktəblər, uşaq bağçaları, universitetlər, müəssisə və təşkilatlar təhlükəsiz, normal rejimdə işləyə bilsinlər", - Putin sanitar və epidemioloji vəziyyətə dair iclasda deyib.
azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31