9 yaşlı uşaq yuxuda koronavirusdan öldü
29 İyul 2020 15:17 DünyaAmerikada koronavirusa yoluxan 9 yaşlı məktəbli qızın həyatını xilas etmək mümkün olmayıb.
İddiaya görə, uşağın hərarəti qalxanda valideynləri onu xəstəxanaya aparıblar. Lakin həkimlər yoxlamadan sonra onun adi respirator infeksiyadan - soyuqlamadan əziyyət çəkdiyini bildirib evə göndəriblər.
Bir neçə gün sonra uşağın vəziyyəti nisbətən düzəlib, o dostları ilə gəzintiyə də çıxıb. Lakin evə qayıdandan sonra çox yorğun olduğunu deyib və yatıb. Məktəbli bir daha yuxudan oyana bilməyib.
Ölümündən sonra götürülən testlər onun COVİD-19-a yaxalandığını müəyyən ediblər.
Xatırladaq ki, ötən gün koronavirusun daha bir gizli əlamətinin ola biləcəyi açıqlanmışdı. Bu kəskin yorğunluq idi. Avstraliyada yorğunluqdan əziyyət çxıb.
bakupost.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31