Qazaxıstanda karantin daha iki həftə uzadıldı
29 İyul 2020 14:49 DünyaQazaxıstan koronavirusa qarşı mübarizə məqsədilə məhdudlaşdırıcı tədbirlər daha iki həftə uzadılıb.
Akorda.kz xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə epidemioloji vəziyyətlə əlaqədar keçirdiyi iclasda qərar verib.
Qazaxıstan Prezident bildirib ki, karantin müddətinin daha iki həftə uzadılması vətəndaşların sağlamlığı və pandemiyadan həyatını itirənlərin sayının azaldılması üçün vacibdir.
Qeyd edək ki, Qazaxıstanda COVID-19-dan 793 nəfər vəfat edib. Ümumilikdə 86 192 nəfər virusa yoluxub, 56 638 nəfər isə xəstəliyə qalib gəlib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31