İspaniyada ictimai yerdə maska taxmaq zərurəti tətbiq edilir
28 İyul 2020 18:46 Dünyaİspaniyanın paytaxtı Madriddə ictimai məkanda maska taxmaq zərurəti tətbiq edilir.
Şəhər rəhbərliyi bu qərarı koronavirusa yoluxmanın təkrar artmasının qarşısının alınması məqsədilə qəbul edib.
Bundan başqa, paytaxtda restoran, kafe və barların saat 01:00-da bağlanması qərarı verilib.
Madridin əsas hava limanında da nəzarətin gücləndiriləcəyi bildirilib.
Qeyd edək ki, son günlərdə İspaniyanın bəzi regionlarında virusa yoluxma halları artmağa başlayıb.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31