Ermənistanda təkrar yoluxma qeydə alındı
27 İyul 2020 11:51 DünyaErmənistanda koronavirusa təkrar yoluxma halı qeydə alınıb.
Bu barədə İrəvan Dövlət Tibb Universitetinin tələbəsi Arsen Arutyunyan özünün "Facebook" səhifəsində yazıb.
O bildirib ki, sağalmasından 40 gün sonra yenidən koronavirusa yoluxub.
"Koronavirusa yoluxmamdan 40 gün keçib, mənə yenidən COVID-19 diaqnozu qoyuldu. Bu dəfə ikitərəfli infiltrativ pnevmoniya diaqnozu. Son bir neçə gündə mənimlə ünsiyyət quran hər kəsi təcrid olunmağa çağırıram. Təkrar yoluxmaya inana bilmirəm, amma nə varsa odur", - deyə erməni tələbə yazıb.
azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31