ÜST: “2021-ci ildən tez peyvənd olmayacaq”
24 İyul 2020 16:49 DünyaÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı təsirli peyvəndin ancaq 2021-ci ildə istifadəyə verilə biləcəyini açıqlayıb.
Bu barədə "Hürriyet" məlumat yayıb.
ÜST-ün fövqəladə hallar şöbəsinin müdiri Mayk Rayan peyvənd yaradılması prosesində irəliləyişin əldə olunduğu qeyd edib. Lakin təşkilat rəsmisi 2021-ci ilin əvvəllərinə qədər peyvəndin tətbiqinə başlanmasını gözləməməyi tövsiyə edib.
"Realist olsaq, gələn ilin əvvəlində insanların peyvənd olunduğunu görə biləcəyik", - deyə, Mayk Rayan bildirib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31