Rusiyada vaksinasiya avqust ayında başlaya bilər

Koronavirusa yoluxmada risk qrupunda olanların, ilk növbədə tibb işçilərinin vaksinasiyası avqust ayında başlaya bilər.

"İnterfaks"ın məlumatına görə, bunu Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bəyan edib.

Onun sözlərinə görə, paralel olaraq vaksinlərin kütləvi istehsalına başlanacaq.

Bununla belə, nazir insanların kütləvi şəkildə vaksinasiya olunacağı tarixi açıqlamayıb.

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31