İngiltərədə də maska qadağası tətbiq olundu - Cəriməsi 215 manat

İngiltərədə də maska qadağası tətbiq olunub.

Olaylar.az-ın Milli.Az-a istinadən məlumatına əsasən, bu gündən etibarən bəzi yerlərdə tibbi maskadan istifadə etməyən şəxslər cərimələnəcəklər.

Yeni qərara əsasən, poçt məntəqələrində, banklarda, ticarət mərkəzlərində və insanların kütləvi toplaşdığı yerlərdə tibbi maskadan istifadə məcburi olub.

Cərimə məbləği 100 fund-sterlinq təyin olunub ki, bizim valyuta ilə 215 manata bərabərdir.

Qeyd edək ki, Birləşmiş Krallıqda 300 minə yaxın insan koronavirusa yoluxub, 45554 nəfər bu virus səbəbindən dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31