İsraildə koronavirusa yoluxmanın ƏN YÜKSƏK HƏDDİ qeydə alındı
23 İyul 2020 18:31 Dünyaİsraildə koronavirusa yoluxmada ən yüksək gündəlik rəqəm qeydə alınıb.
Son sutka ərzində ölkədə 2 min 32 nəfərdə infeksiya aşkarlanıb. Bununla da virusa yoluxanların ümumi sayı 56 min 748 olub.
Səhiyyə Nazirliyinin məlumatına görə, 3 nəfərin ölümü ilə qurbanların sayı 433-ə çatıb.
Qeyd edək ki, İsraildə koronavirusa ilk yoluxma 21 fevralda qeydə alınıb.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31