Rusiyada yaşayan tanınmış ermənilər Paşinyana qarşı çıxdılar – Simonyana dəstək verdilər

"Rossiya Seqodnya-Sputnik" agentliyinin baş direktoru Marqarita Simonyanın Ermənsitanın Baş naziri Paşinyanı ittiham edən bəyanatını bir sıra tanınmış ermənilər dəstəkləyib.

Bu barədə M.Simonyan deyib.

Yazdığı statusa dəstək verənlər arasında Rusiya Televizia Akademiyasının(TEFİ) prezidenti Aleksandr Akopov, teleaparıcı, "Danışır Moskva" radiosunun baş redaktoru Roman Babayan, Ermənistanın əməkdar artisti Laura Gevorkyan, teleaparıcı, rejissor Tiqran Keosyan, rusiyalı biznesmen Albert Avdolyan və digər biznes, menecer, həkimlər var.

Qeyd edək ki, M.Simonyan Paşinyan hakimiyyətini anti-Rusiya mövqeyi tutmaqda və "tarixi müttəfiqlərinə qarşı namərdlik" etməkdə ittiham edib.

azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31