Qısqanclıqdan 8 illik həyat yoldaşını yatdığı yerdə öldürdü - Bacanağına zəng edib... - FOTO
23 İyul 2020 13:29 Dünyaİstanbulun Büyükçekmece rayonunda qandonduran qətl hadisəsi baş verib.
Hadisə dünən gecə saatlarında baş verib. İddiaya görə, psixolojik müalicə alan Ü.Ö. adlı şəxs dünən axşam saatlarında qısqanclıq zəmnində iki uşağının anası, 8 illik həyat yoldaşı Bahar Ö. ilə mübahisə etməyə başlayıb.
Qısa çəkən mübahisədən sonra cütlük yataq otağına girərək yatıb. Gecə yarısı qısqanc ər saatlar öncəki mübahisənin acığını arvadını boğub öldürərək çıxıb. Hadisəni törətdikdən sonra nə edəcəyini bilməyən Ü.Ö. bacanağına zəng edərək hər şeyi danışıb. Qandonduran olaydan xəbər ututan bacanaq məsələni polisə xəbər verib.
Hadisə yerinə gedən polislər Ü.Ö.-nü saxlayaraq polis idarəsinə aparıblar.
Məqaləyə dair fotomateriallar:


milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31