Bu ölkədə maska taxmaq məcburi olacaq

ABŞ-ın paytaxtı Vaşinqtonda maska taxmaq məcburi olacaq.

Bu barədə "Washington Post" qəzeti şəhər meri Müriel Bouzerin gözlənilən sərəncamına istinadən xəbər verib.

Qəzetin yazdığına görə, sərəncama müvafiq olaraq, ştatın bütün sakinləri evdən çıxarkən maska taxmalı olacaqlar. İstisna yalnız yaşı 3-dən az olan uşaqlara, həmçinin intensiv idman hərəkətləri və qida qəbul edənlərə olacaq.

"Əksər hallarda, əgər evdə deyilsinizsə, maska taxmalısınız", - qəzet Bouzerin sözlərini sitat gətirir.

virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31