Dünyada Covid-19-a yoluxanların sayı 15 milyonu keçdi
23 İyul 2020 11:00 Dünyaİyulun 23-nə olan məlumata görə, dünyada koronavirus infeksiyasına yoluxanların sayı 15 milyonu keçib.
Olaylar.az xəbər verir ki, bu haqda məlumatı Johns Hopkins Universiteti yayıb.
Mənbə bildirir ki, dünyada 15,077,182 nəfərə koronavirus diaqnozu qoyulub və 620 257 xəstə dünyasını dəyişib.
Ən çox yoluxma halları ABŞ-da (3,9 milyon), Braziliyada (2,2 milyon), Hindistanda (1,1 milyon) qeydə alınıb.
Ölənlərin sayına görə ABŞ (142,9 min), Braziliya (81,4 min), Böyük Britaniya (45,5 min) liderlik edir.
konkret.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31