Türkiyə nə üçün İraqdadır?

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəsmi "Twitter" hesabında "Türkiyə nə üçün İraqdadır?" başlıqlı məlumatlandırıcı video paylaşılıb.

Olaylar.az bildirir ki, Türkiyənin son dövrdə bölgədə terrora qarşı davamlı mübarizə strategiyası çərçivəsində İraqdakı PKK ünsürlərinə qarşı son illərin ən geniş əməliyyatları olan "Pəncə-Qartal" və Pəncə-Qaplan" əməliyyatlarını həyata keçirdiyi qeyd edilən videoda, bu əməliyyatların PKK terror təşkilatının Suriya və İraq ərazisindən sızma cəhdlərinin artması və bölgədə qeyri sabitliyin qarşısının alınması üçün icra edildiyi, yəni məqsədin Türkiyə-İraq sərhədi boyunca terror dəhlizinin yaradılmasının qarşısının alınması olduğu vurğulanıb. Türkiyə, "Fırat Qalxanı" və Zeytun Budağı" əməliyyatları ilə Suriyada terror dəhlizi yaradılması cəhdinin qarşısını aldığı kimi, İraq ərazisində də bu cəhdin qarşısının alınması strategiyası çərçivəsində bu əməliyyatları icra edir.

Paylaşımda,Türkiyənin son zamanda xüsusilə başda İŞİD terror təşkilatı olmaqla İraq və Suriyada həyata keçirilən terrorla mübarizəyə verdiyi dəstək kimi, bölgədə sabitsizliyin qarşısını almaq, milli təhlükəsizliyə qarşı terror hücumlarının qarşısını almaq və qaçqın axınının qarşısını alınması tədbirlərini davam etdirdiyi ifadə edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31