Gerasimov Cənub Hərbi Dairəsinə gəldi

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Cənub Hərbi Dairəsinə gəlib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Ordu generalı Valeri Gerasimov hərbi birləşmələrdə və hərbi hissələrdə qəfil döyüş hazırlığı yoxlamasının gedişi barədə dairə komandanlığının hesabatlarını dinləyəcək, həmçinin, Kadamovski və Kuzminski poliqonlarında döyüş hazırlığının gedişatını yoxlayacaq", - deyə TASS bildirir.

Daha əvvəl Cənubi Hərbi Dairəsi hərbçilərinin Qafqazın dağ keçidləri ilə yürüş etdikləri məlum olmuşdu.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31