COVID-19-la bağlı Rusiyadan şad xəbər: “İlk peyvənd hazırdır”
21 İyul 2020 10:32 Dünya"Rusiyanın COVID-19-a qarşı ilk peyvəndi hazırdır".
"Arqumentı i faktı" qəzetinin məlumatına görə, bunu Rusiyanın Müdafiə nazirinin müavini Ruslan Tsalikov deyib.
O qeyd edib ki, Milli Tədqiqat Mərkəzinin mütəxəssisləri və alimləri artıq aparılan sınaqlara yekun qiymət veriblər.
"Preparatın sınaqlarında iştirak edən bütün könüllülərdə koronavirusa qarşı immunitet yaranıb. Beləliklə, koronavirus infeksiyasına qarşı ilk peyvənd hazırdır", - deyə R.Tsalikov bildirib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31