Türkiyədə batan gəmidə ölənlərin sayı 60-a çatdı
20 İyul 2020 15:52 Dünyaİyunun 27-də Van gölündə gəmi ilə gəzintiyə çıxan Sedat Akbaş və Medeni Akbaş bir müddət sonra yoxa çıxıb. Bu səbəblə yaxınları tərəfindən axtarış üçün polisə müraciət edilib.
Hadisədən bir gün sonra Medeni Akbaş tapılıb və onun verdiyi məlumatlar əsasında Sedat Akbaşla birgə təxminən 60 mühacirin olduğu gəminin batdığı bölgədə araşdırmalar davam edib.
Bu gün gəmidə batan daha bir nəfərin cəsədi tapılıb. Beləliklə toplam çıxarılan cəsəd sayı 60 olub.
Qeyd edək ki, gəmi Çarpanak adası sahillərində 106.5 metr dərinlikdə aşkarlanıb.
Yenisabah.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31