İsraildə tibb işçiləri tətil elan edib
20 İyul 2020 16:43 Dünyaİsraildə tibb bacıları və feldşerlərin etiraz tətili başlayıb.
Tibb işçiləri aylıq əməkhaqqılarının artırılmasını tələb edirlər.
İyulun 19-da Maliyyə Nazirliyi ilə tətilçilərin nümayəndələri arasında məsələyə dair keçirilən danışıqlar uğursuzluqla nəticələnib.
Tibb bacıları və feldşerlərin Həmkarlar İttifaqı koronavirusa yoluxmanın artması fonunda İsrail xəstəxanalarının yüklənməsi ilə əlaqədar tibb işçilərinin əməkhaqqının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.
Tətillə əlaqədar planlaşdırılmış bir sıra əməliyyatlar, analizlərin qəbulu ertələnəcək, peyvəndləşdirmə klinikası bağlanacaq.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31