Bu ölkdə koronavirusa görə maska taxmayanlar HƏBS EDİLƏCƏK

Nigeriyada koronavirus epidemiyası zamanı maska ​​istifadə etməyənlər həbs ediləcəklər.

Koronavirus epidemiyasına qarşı Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada sərt qərar verilib. Yerli mediaya verilən məlumata görə ölkənin cənub-qərb hissəsində olan Ekiti əyalətində maska ​​taxmaqdan imtina edənlərin həbs olunacağı açıqlanıb. Eyni zamanda yeni qərarın icrası üçün səyyar məhkəmələr qurulacağı deyilib. Həmçinin Nigeriyanın Ekiti şəhərində qəbul edilən qərarın digər dövlətlərə də nümunə olacağı gözlənildiyi bildirilib.

Qeyd edək ki, Nigeriyada bu günə qədər 36 min 107 Kovid-19 yoluxması qeydə alınıb.

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31