Süleymani haqda məlumat ötürən casus edam olundu
Süleymani haqda məlumat ötürən casus edam olundu
20 İyul 2020 10:49 Dünyaİranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə casusluq etməkdə və general Qasım Süleymani barədə məlumat ötürməkdə günahlandırılan Mahmud Musəvi Macdi edam edilib.
O, həmçinin İsrail kəşfiyyatı "Mossad"a işləməkdə ittiham olunub.
Məhkum barəsində məhkəmə Süleymaninin ölümündən əvvəl başlamışdı.
Qeyd edək ki, ABŞ bu ilin yanvarın 3-də Bağdadda Süleymaninin aradan götürülməsi üçün əməliyyat keçirib. Buna cavab olaraq İran ABŞ qoşunlarının yerləşdiyi İraq bazasına raket zərbələri endirib.
Əvvəlcə ABŞ Prezidenti Donald Tramp və Pentaqon rəhbərliyi zərbələr nəticəsində zərərçəkənlərin olmadığını söyləyiblər. Daha sonra zərərçəkmiş hərbçilərin olduğunu etiraf ediblər.
azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31