Fransada daha bir tarixi tikili yandı

Fransanın Nant şəhərində tarixi Sent Pyer və Sent Pol katedralı yanıb.

Olaylar.az xəbər verir ki,yerli vaxtla səhər saat 8 radələrində katedraldan alovlar çıxıb.

Olay yerinə yanğınsöndürən briqadalar cəlb olunub. 2 saatdan sonra yanğının lokallaşdırılmasına müvəffəq olunub.

Hadisə zamanı xəsarət alanların olub-olmaması və yanğının səbəbləri barədə hələlik məlumat yoxdur.

Məlumat üçün bildirək ki, katedralın inşasına 15-ci əsrdə başlanıb, 19-cu əsrdə tamamlanıb.

Xatırladaq ki, ötən il 9-cu əsrdə inşa edilmiş dünyaca məşhur Paris Notr-Dam kilsəsi də yanmışdı.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31