Qəzvin əyalətində toy və yas mərasimlərinin keçirilməsinə qadağa qoyulub

Bu barədə, Qəzvin əyalətində Koronavirusa Qarşı Mübarizə Qərargahının sədr müavini Mənuçehr Həbibi mediaya açıqlamasında məlumat yayıb.
O deyib ki, Qəzvin əyalətində koronavirusun ikinci dalğasının başlanma ehtimalını və xəstəliyə yoluxanların sayının artdığını nəzərə alaraq, toy və yas mərasimlərinin, eləcə də toplantılarla tədbirlərin keçirilməsi növbəti xəbərdarlığa qədər qadağandır: "Ümid edirik ki, müxtəlif qurumlar və əhali gigiyena qaydalarına riayət edəcək, teat salonları və mehmanxanalar da bu qadağaya riayət edəcəklər.
Xoşbəxtlikdən qonşu əyalətlərlə müqayisədə Qəzvin əyalətində "Covid-19" infeksiyası ilə bağlı vəziyyət daha yaxşıdır. Lakin buna baxmayaraq xəstəliyə yoluxanların statistikası qeyri sabitdir və əgər məsələyə ciddi yanaşmasaq, yeni çətinliklərlə üz-üzə qalmalı olacağıq" -deyə, Qəzvin əyalətində Koronavirusa Qarşı Mübarizə Qərargahının sədr müavini Mənuçehr Həbibi əlavə edib.

davam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31