Türkmənistan Prezidenti maskada balıq tutmağa getdi

Türkmənistan dünyanın, hakimiyyət orqanlarının koronavirusa yoluxmuş bir nəfərin də olmadığını iddia etdikləri azsaylı ölkələrindən biridir.

Bununla belə, bu həftə Prezident Qurbanqulu Berdimuhammedov təkbaşına balıq tutarkən yerli televiziyada ilk dəfə üzündə maska göstərilib. Amma media vurğulayıb ki, Prezident özünü "viruslarla dolu tozdan" qorumaq üçün maska taxıb.

Uğurlu balıq ovundan sonra Türkmənistan Prezidenti uşaq evinə gedib və tutduğu balıqları orada maskada olan uşaqlara verib.

Qeyd edək ki, Türkmənistanda bu həftə maska taxma və sosial məsafə saxlama qaydaları qüvvəyə minib, restoran, kafe və bazarların bağlanması barədə qərar verilib.

Dövlət televiziyası iki mühərrikli təyyarələrin havadan kəndləri necə dezinfeksiya etmələri barədə kadrlar yayımlayıb.

Yeri gəlmişkən, bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri Türkmənistana səfər edərək, ölkədə koronavirus tapmadıqlarını bəyan etmişdilər. Nümayəndə heyətinin rəhbəri isə "Türkmənistanın səhiyyəsinin sistemi COVID-19 reaksiya vermək üçün yaxşı hazırlaşıb" söyləmişdi.

Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31