Prezident koronavirusdan xilas üçün insanları oruc tutmağa çağırdı- ŞOK İDDİA

Malavi Respublikasının prezidenti insanları koronavirusla mübarizə üçün oruc tutmağa çağırıb.

Malavi Prezidenti Çakvera Kovid-19 ilə mübarizə aparmaq üçün insanları üçün 3 gün dua etməyə və oruc tutmağa çağırıb. O bu barədə jurnlistlərə açıqlamasında bildirib:

"Bütün din vətəndaşlarını və Malavili sakinləri bu gündən başlayaraq üç gün Kovid-19-a görə dua etməyə və oruc tutmağa çağırıram"
Ölkədə 21 min 532 nəfərdə Kovid-19 sınaq testi keçirilsə də, 2,497 nəfərdə Kovid-19 aşkar edilib, virus səbəbiylə 40 nəfərin öldüyü açıqlanıb.

Qeyd edək ki, Tanzaniya Prezidenti Jon Maqufuli ölkəsində Kovid-19-a qarşı xalqın oruc tutması və duaları nəticəsində yeni növ koronavirusun (Kovid-19) bitdiyini iddia etmişdi. O Allahın Tanzaniyanı sevdiyini, tanzaniyalıların da Allahı sevdikləri üçün şeytanın işinin həmişə məğlub olacağını " demişdir.

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31