Tehranda yenə məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək
17 İyul 2020 15:50 DünyaTehranda koronavirusa yoluxanların sayı yenidən çoxaldığı üçün yenidən bəzi məhdudiyyətlər tətbiq ediləcək.
Olaylar.az "Report"a istinadən xəbər verir ki, İran səhiyyə nazirinin müavini Möhsün Fərhadi məsələ ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, iyulun 18-dən etibarən məhdudlaşdırıcı tədbirlər həyat keçirilməyə başlanılacaq.
Sabahdan Tehranda bütün kütləvi tədbirlər, toplantıların keçirilməsi qadağan olunacaq, idman zalları bağlanacaq, dövlət qurumlarında işləyən məmurların sayı azaldılacaq və s.
Məhdudlaşdırıcı tədbirlərin başqa şəhərlərdə də tətbiqi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31