İsrail bu gündən idman zalları və restoranları bağlayır

İsrail hökuməti koronavirus pandemiyası ilə əlaqədar yenidən tədbirləri sərtləşdirir.

Hökumət bu gün saat 17: 00-dan etibarən idman salonlarını və fitness mərkəzlərini bağlamaq qərarına gəlib. Restoranlar isə yalnız çatdırılma xidməti göstərə biləcək.

Qeyd edək ki, bu günə qədər İsraildə 46059 koronavirusa yoluxub, 384 nəfər ölüb.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31