Bu şəhərin vitse-meri həbs olundu - qadın məmurlar...
17 İyul 2020 10:43 DünyaCümə günü Rusiyanın Tomsk şəhərinin Kirovsk rayon məhkəməsi iki ay müddətinə böyük miqdarda rüşvət almaqda günahlandırılan şəhər merinin müavini Yevgeni Surikovu həbs edib.
Bu haqda məlumatı RİA Novosti agentliyi Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə nümayəndəsi Yelena Lebedevaya istinadən yayıb.
"Məhkəmə iki ay müddətinə həbs qətimkan tədbiri seçib" deyib.
Ötən cümə axşamı hüquq-mühafizə orqanları Tomsk merinin təhlükəsizlik və ümumi işlər üzrə müavini Surikovu saxlayıblar.
Rusiya Federasiyası İstintaq Komitəsinin müstəntiqləri Federal Təhlükəsizlik Xidmətinin materialları əsasında ona "vəzifəli şəxsin külli miqdarda rüşvət alması" maddəsi ilə cinayət işi açıblar.
İstintaq İdarəsindən verilən məlumata görə, 2016-cı ildən 2018-ci ilə qədər vitse-mer himayədarlıq üçün bir qadın məmurdan külli miqdarda rüşvət alıb.
Axtarışlar iş yerində və vəzifəli şəxsin evində aparılıb.
Yevgeni Surikov 1975-ci ildə anadan olub. 2000-ci ildən cinayət işləri üzrə təhqiqatçı vəzifəsindən başlayaraq daxili işlər orqanlarında xidmət edib. Tomsk şəhərinin Sovetsk Polis İdarəsinə, rayonlararası mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinə rəhbərlik edib.
2012-ci ildən Rusiya Daxili İşlər Nazirliyinin Tomsk rayon şöbəsinə rəhbərlik edib, 2014-cü ildə Tomsk şəhərində Daxili İşlər Nazirliyinin başçısı vəzifəsinə təyin edilib.
Polis polkovniki Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin mükafatlarına sahibdir. 2016-cı ilin fevral ayında Tomsk merinin müavini təyin edilib.
konkret.az