ABŞ-da kilsə öz binasını satıb yoxsullar üçün mənzil tikdi

ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Presviterian Kilsəsi yüzillik tarixi olan binasını qeyri-kommersiya şirkətinə satıb. Sökülərən binanın yerində 173 mənzildən ibarət yeddi mərtəbəli yaşayış kompleksi tikilib.

Bina imkansızların məskunlaşması üçün nəzərdə tutulub.

Mənzil tikintisi 71 milyon dollara başa gəlib. Kilsə evin birinci mərtəbəsini icarəyə götürüb. Burada kasıb və evsizlərə qulluq edilir.

Təşkilat nümayəndələri, ibadət üçün başqa yerlərinin olmadığını deyənlərə "Kilsə ilk növbədə insanlar və missiyadır" deyə cavab veriblər.

Qeyd olunur ki, pandemiya fonunda dini qurumların gəlirləri kəskin azalıb: insanlar evlərində oturur, ianələr toplanılmır. İqtisadçıların hesablamalarına əsasən, ABŞ-da hər beşinci kilsə növbəti 16 ayda bağlana bilər.

Əksər hallarda ölkənin dini qurumlarına məxsus torpaqlara vergi tutulmur. Nəticədə, Amerika kilsələri əlverişli yaşayış yerlərinin tikilə biləcəyi minlərlə hektar əraziyə sahibdirlər.

Bu problem ABŞ-da xüsusilə aktualdır. Məsələn, daha öncə yoxsul pensiyaçıları boş sanatoriya və ruhi xəstəxanalara yerləşmək təklif olunub.

big.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31