Ukraynada 4 mindən çox uşaq koronavirusa yoluxub

Ukraynada 4 mindən çox uşaq koronavirusa yoluxub

Ukraynada son sutka ərzində daha 848 nəfər koronavirusa yoluxub. Onlardan 36-sı uşaq, 51 nəfəri tibb işçisidir.

Ölkədə ümumi yoluxma sayı 56 min 455 nəfərə çatıb. Yoluxanların 4003 nəfəri uşaq, 7591-i isə tibb işçisidir.

Son sutkada pandemiya qurbanlarının sayı 18 nəfər artaraq 1445-ə yüksəlib, indiyədək 28 min 931 xəstə sağalaraq evə buraxılıb.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31