Braziliya prezidentinin koronavirus testinin nəticəsi pozitiv çıxdı

Braziliya Prezidenti Jair Bolsonaronun yenidən verdiyi koronavirus testi müsbət cavabla nəticələnib.

Prezident özünü yaxşı hiss etdiyini və bir həftədən çoxdur ki, hərarətinin olmadığını bildirib.

Ölkə başçısı nəfəs problemi və ya dad itkisi kimi ümumi simptomlarının olmadığını söyləyib. O, hidroksiklorokin ilə müalicə olunduğunu vurğulayıb.

Xatırladaq ki, ilk dəfə Braziliya prezidenti koronavirus infeksiyasına yoluxduğunu virusun simptonlarını özündə açkarlayaraq iyulun 7-də bildirib.

unikal.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31