Tunisin baş naziri istefa verib
16 İyul 2020 11:26 DünyaTunisin baş naziri İlyas əl-Faxxax istefasını prezident Qeys Səidə təqdim edib.
Tunisin baş naziri yeni hökumətin təşkilindən 5 ay sonra istefasını prezident Qeys Səidə təqdim edib.
İlyas əl-Fəxxax ölkə parlamentində ona qarşı impiçment təklifindən sonra istefa qərarına gəlib.
Məlumata görə ölkə parlamentində əksəriyyətə malik olan islamçı ən-Nahda hərəkatı və koalisiyasında olan digər siyasi fraksiyalar baş nazirin impiçmenti məqsədilə 105 imzanın toplandığını bildirmişdilər. Ölkə parlamentində baş nazirə qarşı yeni kompaniya ona aid bəzi şirkətlərin dövlətlə iqtisadi tenderləri əldə edə bilməsi iddiasından sonra başlayıb.
interaztv.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31