Türkiyədə təyyarə qəzası: ölənlər var

Türkiyənin Van vilayətinin Gevaş rayonu ərazisində kəşfiyyat təyyarəsi qəzaya uğrayıb.

Van və Hakkari bölgəsində gecə uçuşu edən EM-809 tipli kəşfiyyat təyyarəsi Atros dağına çırpılıb.

Qəza zamanı 2 pilot və 5 texniki heyət üzvü həyatını itirib.

Qəzanın başvermə səbəbləri dəqiqləşdirilir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31