Türkiyə bayrağını yandırdılar
14 İyul 2020 14:03 DünyaTürkiyə bayrağı konsulluq binası qarşısında yandırılıb.
Hadisə Qüdsdəki Türkiyə konsulluğunun qarşısında baş verib.
Konsulluğun qarşısına Yunanıstan bayrağı ilə gələn bir qrup xristian etirazçı Türkiyə Cümhuriyyətinin dövlət bayrağını yandırıblar. Səbəb Ayasofya ilə bağlı Türkiyə dövlətinin verdiyi qərar göstərilib. İsrail polisi bayrağı yandıran şəxsləri həbs edib.
İtaliyada da aksiylar başlayıb. Sabiq daxili işlər naziri Matteo Salvininin təşkil etdiyi aksiya Milandakı Türkiyə konsulluğunun qarşısında keçirilib.
Lüksenburqda keçirilən etiraz aksiyasında ölkənin Daxili İşlər naziri Con Asselborn Ayosofya qərarını "Mədəniyyətlər ittigaqına" vurulan zərbə adlandırıb.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31