Karantin rejimi ilə bağlı qərar verildi - 2 avqustadək...
14 İyul 2020 12:46 DünyaQazaxıstan hökuməti koronavirusa qarşı mübarizə tədbirlərinin davam etdirilməsi məqsədi ilə sərt karantin rejiminin müddətinin 2 avqustadək uzadılmasına qərar verib.
Baş naziri Askar Mamin bildirib ki, son 1 ayda Qazaxıstanda yoluxma hallarının sayı sabitləşir, lakin Səhiyyə Nazirliyi epidemioloji şəraiti daha da yaxşılaşdırmaq üçün məhdudlaşdırıcı tədbirlərin tətbiqi müddətinin uzadılmasını təklif edib: "Qərar gəldik ki, respublika üzrə bu tədbiri daha 2 həftə, iyulun 20-dən avqustun 2-dək uzadaq".
Qeyd edək ki, indiyə qədər Qazaxıstanda 61,7 mindən çox insan COVID-19-a yoluxub, 35,9 min pasiyent sağalıb, 396 nəfər isə ölüb.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31