İranda deputat koronavirusdan vəfat etdi

İranda deputat koronavirusdan vəfat etdi

İran parlamentinin deputatı İsa Cəfəri koronavirusdan vəfat edib.

Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Cəfəri bu ilin fevral ayında keçirilən 11-ci çağrış seçkilərində mandat qazanıb. O, may ayının sonundan deputat kimi səlahiyyətlərinin icrasına başlamışdı. Planlaşdırma və büdcə komitəsinin üzvü idi. Daha əvvəl səkkizinci çağırışda (2008-2012) parlamentin deputatı olub.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31