Rusiyada son sutkada 6,5 mindən çox insan koronavirusa yoluxub

Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 6 537 nəfər artıb.

Bu barədə COVID-19-un yayılmasına qarşı mübarizə üzrə əməliyyat qərargahı məlumat yayıb.

Qərargahdan verilən məlumata görə, 84 bölgədə koronavirusa yoluxmada yeni hallar qeydə alınıb. Eyni zamanda, ölkədə son 24 saat ərzində 2960 nəfər xəstəxanadan çıxıb.

Rusiyada koronavirusla müalicə olunan insanların ümumi sayı 504,021-ə çatıb.

Ümumilikdə, ölkədə 733,699 koronavirusa yoluxma qeydə alınıb.

interaztv.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31