ABŞ-ın üç ştatı sahillərində qasırğa təhlükəsi elan edilib
11 İyul 2020 13:01 DünyaAtlantik okeanda əmələ gələn "Fey" qasırğası ABŞ-ın Nyu-Cersi ştatının sahillərinə çatıb.
Bu barədə qərərgahı Florida ştatının Mayami şəhərində yerləşən ABŞ-ın tufanları müşahidə üzrə milli mərkəzindən xəbər verilib.
Bildirilir ki, küləyin sürəti 23.6 m/s çatıb. Qasırğa episentri Atlantik-Siti şəhərindən 15 kilometr şimal-cənubda və 145 kilometr Nyu-York şəhərindən cənubdadır. Qasırğa saniyədə 6 metr sürətlə şimala doğru irəlləyir.
Delaver ştatının şimalında, Pensilvaniya ştatının şərqində və Nyu-York ştatının cənub-şərqində güclü leysan yağışlar və daşqınlar gözlənilir.
Xatırladaq ki, atmosfer olay küləyin sürəti 17.5 m/s-dən çox olanda tropik qasırğa, 33 m/s-dən çox olanda isə tufan adını alır.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31