Venesuelada fövqəladə vəziyyət daha bir ay uzadıldı
Venesuelada fövqəladə vəziyyət daha bir ay uzadıldı
11 İyul 2020 12:35 DünyaVenesuelada koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş fövqəladə vəziyyət rejimi daha 1 ay müddətinə uzadılıb.
Olayla.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Nikolas Maduro qərar verib.
Bununla da ölkədə fövqəladə vəziyyət dördüncü dəfə uzadılıb. Venesuelada fövqəladə vəziyyət martın 13-də elan edilmişdi. Rejim azı avqustun 10-dək davam edəcək.
Ötən sutka ərzində Venesuelada 431 yeni yoluxma, 3 ölüm qeydə alınıb. Bu günədək yoluxanların sayı 8 803, ölənlərin sayı isə 83 nəfərə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31