Bu ölkə koronaya görə 10 min məhkumu azad edir

Kaliforniya hakimiyyəti yeni növ koronavirus pandemiyası ilə əlaqədar təqribən 10 minə yaxın məhkumu vaxtından əvvəl azad etmək niyyətindədir.

Olaylar.az xəbər verir ki, bu barədə islah məntəqə və mərkəzlərinin işlərini kurasiya edən ştat idarəsi məlumat yayıb.

Bildirilir ki, bu qərar ağır cinayətlər törədənlərə və martın 1-dən iyulun 5-nə qədərə davam edən iğtişaşlara görə həbs edilənlərə şamil edilməyəcək.

İdarənin hesabatına görə bu kriteriyalara 108 min məhbus uyğun gəlir. Lakin vaxtından əvvəl yalnız onlardan 10 mini buraxılacaq.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31