ABŞ-da 8 min məhbus azadlığa buraxılacaq

Koronavirus pandemiyası səbəbilə ABŞ-ın Kaliforniya ştatındakı həbsxanalardan 8 min məhbus azadlığa buraxılacaq.

Kaliforniya ştatının rəsmiləri, COVID-19-un yayılmasını yavaşlatmaq üçün ştat həbsxanalarından 8000 məhbusun azad ediləcəyini açıqlayıb. Qərar ştatdakı bir çox həbsxanada infeksiyanın geniş yayılmasından sonra verilib.

Səlahiyyətlilər məhbusların avqust ayının sonuna qədər sərbəst buraxılacağını bildirib. Sərbəst buraxma qərarının Kaliforniya həbsxanalarında məhbus sayının azaldılması, sosial məsafələr sahəsini artırılması və karantinlər üçün daha çox yer yaradılması məqsədi ilə verildiyi açıqlanıb.

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31