Tanınmış müğənni koronavirusdan sağaldı
11 İyul 2020 10:53 DünyaRusiyanın tanınmış müğənnisi Anita Çoy koronavirus infeksiyasından müalicə olunaraq sağalıb.Bu barədə mügənni "İnstaqram" hesabında məlumat paylaşıb. Hazırda səhhətinin qaydasında olduğu bildirilib.
Qeyd edək ki, iyunun sonlarında müğənni koronavirus diaqnozu ilə Moskvadakı xəstəxanalardan birinə yerləşdirilmişdi.
Onun mətbuat katibinin sözlərinə görə, pandemiyanın ilk günlərindən sənətçi özünü təcrid edib və bütün tədbirləri görüb, bu səbəbdən virusa harada yoluxa biləcəyini söyləmək çətindir.
Azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31