Almaniyada Misir agenti saxlanıldı
10 İyul 2020 14:29 DünyaAlmaniyanın kansleri Angela Merkelin mətbuat katibi Steffen Seibertin ofisində çalışan bir işçinin Misir kəşfiyyatına işlədiyi məlum olub.
Hələlik adı açıqlanmayan agentin ofisin qəbul bölməsində işlədiyi bildirilib. Belə ki, agent əldə etdiyi bütün məxfi məlumatları hazırda Almaniyada akkreditə olunmuş Misir jurnalistlərinə ötürürmüş.
Almaniya Federal Baş Prokurorluğu bəyan edib ki, hazırda baş vermiş hadisə ilə bağlı təhqiqat araşdırmaları davam etdirilir və araşdırmaların nəticəsinə uyğun olaraq fakta hüquqi qiymət veriləcək.
cebhe.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31