“Onun arvadı da...” – Tramp Kardaşyanın əri haqda
10 İyul 2020 13:23 DünyaABŞ Prezidenti Donald Tramp prezident seçkilərində namizədliyini irəli sürən reper Kane Uestin hazırkı dövlət başçısına dəstək verəcəyinə inanır.
Tramp Uest və həyat yoldaşı Kim Kardaşyanın həmişə onu dəstəklədiyini deyib.
"Səsinin eşidilməsini istəyirəm, amma o, həmişə bizim yanımızda idi, yanımızda da olacaq, həyat yoldaşı (Kim Kardaşyan) da bizim yanımızda olacaq", - Amerika prezidenti qeyd edib.
Tramp vurğulayıb ki, repçi bir neçə ştatda namizəd kimi qeydiyyata alınma müddətini artıq buraxıb: "O, yaxşı oğlandır, normal münasibətlərə malik olduğum bir insandır. Düşünürəm ki, sonda bizi dəstəkləyəcək".
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31