Bu ölkə xaricilərə torpaq satmayacaq
10 İyul 2020 14:11 DünyaQazaxıstanda xaricilərə torpaq satılmayacaq.
Bu barədə ölkənin Prezidenti Kasım-Jomart Tokayev hökumətin geniş tərkibli iclasında bildirib.
Hələ 2016-cı ildə Qazaxıstanın o zamankı Prezidenti Nursultan Nazarbayev Torpaq Məcəlləsinə xaricilərə kənd təsərrüfatı torpaqlarının satılması və ya icarəsinə dair dəyişikliklərin moratoriumunu 2021-ci ilə qədər uzadılması haqqında qanun imzalayıb.
"Torpaq Məcəlləsinin bəzi müddəalarına moratorium 2021-ci ildə bitəcək. Biz bu məsələ ilə bağlı qəti qərar verməliyik. Əsas problemi müəyyən etmişik.Torpaq xaricilərə satılmır. Biz bu məsələyə qayıtmayacağıq", - deyə Tokayev bildirib.
unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31