İtaliya ordusunda korrupsiya əməliyyatı: 30-dan çox şəxs saxlanıldı

İtaliyanın paytaxtı Romada Silahlı Qüvvələrdə korrupsiya faktı ilə bağlı polis əməliyyatı keçirilib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 31 nəfər saxlanılıb.

Saxlanan şəxslər arasında ölkə Müdafiə Nazirliyinin məmurları və iş adamları olub.

Qeyd olunur ki, cinayət işi ordunun maddi-texniki təminatı ilə bağlı tenderin keçirilməsi ilə bağlı açılıb.

Ümumilikdə, əməliyyat nəticəsində 18 milyon avroluq fırıldağın üstü açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31